Oktyabrın 7-si Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçirilib. Sammitə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Tacikistan prezidenti İmaməli Rəhman, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov qatılıblar.
MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.
21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.
Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 2009-cu ildə MDB-dən ayrılıb, Ukrayna eyni səbəbdən 2014-cü ildən başlayaraq qurumda iştirakını dayandırıb.