• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanla yeni razılaşma

  • 07 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AZƏRTAC Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 6-sı Praqada keçirdiyi ikinci görüşdən bilgi yayıb. Xəbərə görə, görüşün sonunda qəbul edilmiş bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır: “Bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılaşıb. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.

Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.

Hazırda sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.

Praqadakı ilk görüşdən sonra Azərbaycan televiziyalarına müsahibə verən İlham Əliyev Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin olduğunu xatırladıb: “Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir: Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.

Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq”.

Prezident Avropa sammitində

Praqa toplantısı

Dördtərəfli görüş

Putini vaxtında dayandırmaq lazımdır – “Vaşi...

  • 07 Oktyabr 2022
  • comments

4 il 7 ayın bir kursu

  • 07 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda