• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR israr edir

  • 07 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında (Bakıxanov küçəsi, 17) piket keçirməkdə israrlıdır. Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 7-si saat 14-ə təyin olunan piketə razılıq verməsə də, aksiya təxirə salınmayıb. Partiya sədri Qubad İbadoğlu aksiyaya çağırış yayıb, həmçinin qətnaməni açıqlayıb.

Qətnamədə bildirilir ki, Putin Rusiyası Azərbaycanı öz təsir dairəsində saxlamaq məqsədilə Qarabağdakı separatçı və terrorçu qruplara açıq dəstək verir, ölkənin dövlət suverenliyini pozmağa, erməni əhalinin faktiki məskunlaşdığı əraziləri Azərbaycanın yurisdiksiyasından çıxarmağa çalışır: “Hələ də Qarabağda erməni silahlı birləşmələri fəaliyyət göstərir, Rusiya onlara birbaşa maliyyə yardımı və hərbi dəstək verir. Rus “sülhməramlıları”nın nəzarət etdiyi ərazidə rus dili ikinci dil elan olunandan sonra ermənilərə Rusiya pasportlarının paylanması gözlənir, bu da Azərbaycanın suverenliyinə ziddir. Bütün bu təhlükəli hallar Ukraynaya təcavüz edən Rusiyanın işğalçı qoşunlarının təxirə salınmadan Qarabağdan çıxarılmasını, ölkənin hələ də işğaldan azad edilməmiş ərazilərinin Azərbaycanın yurisdiksiyasına qaytarılmasını zəruri edir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.

Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.

ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Qurumun rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

UEFA-nın klub reytinqi

  • 07 Oktyabr 2022
  • comments

Ad günündə sammit

  • 07 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda