• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ad günündə sammit

  • 07 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Rusiya prezidenti Vladimir Putin 70 illik yubileyini doğulduğu şəhərdə qeyd edir. Novator.az bildirir ki, oktyabrın 7-si Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək. Sammitə MDB ölkələri liderlərinin, o cümlədən Azərbaycan prezidentinin qatılması gözlənir.

Novator.az bildirir ki, MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.

21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.

Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 2009-cu ildə MDB-dən ayrılıb, Ukrayna eyni səbəbdən 2014-cü ildən başlayaraq qurumda iştirakını dayandırıb.

MDB-nin icra orqanı Minskdə yerləşir. İcraiyyə Komitəsinin sədri-icraçı katib postunu rusiyalı Sergey Lebedev tutur.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub.

Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.

1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.

1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.

1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib.

ADR israr edir

  • 07 Oktyabr 2022
  • comments

100 dollara doğru

  • 07 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda