Ukraynanın Maliyyə Nazirliyi dövlət borcu göstəriciləri açıqlayıb. Novator az bildirir ki, rəsmi hesabata görə, 2022-ci il avqustun sonuna ölkənin dövlət borcu 98 milyard dolları ötüb. Bunun 88 milyard dollara yaxını birbaşa dövlət borcudur.
Birbaşa xarici borc 53,4 milyard dollar, birbaşa daxili borc 34,5 milyard dollar, dövlətin zamin durduğu borclar 10,1 milyard dollar göstərilir.