Ermənistanın ədliyyə naziri Karen Andreasyan oktyabrın 5-i axşam istefa verib. Novator.az bildirir ki, 1977-ci il təvəllüdlü Karen Andreasyan 2021-ci il avqustun 3-dən nazir idi. İstefa onun Ali Məhkəmə Şurası üzvlüyünə namizəd olması ilə bağlıdır.
2018-ci il mayın 8-dən baş nazir olan Nikol Paşinyanın iki müavini var: Mger Qriqoryan və Ambarsum Matevosyan.
Ararat Mirzoyan xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Armen Pambuxçyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Tiqran Xaçatryan maliyyə naziri, Robert Xaçatryan yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Akop Simidyan ətraf mühit naziridir.