• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçinin cəzası bir az dəyişib

  • 06 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Pünhan Kərimovun həbs cəzasını 5 ilə endirib. “Turan”ın məlumatına görə, qərar oktyabrın 3-də çıxarılıb.

Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də Almaniyadan Azərbaycana qaytarılıb.

2022-ci il yanvarın 25-i Bakıda həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

Cəbhəçi və müdafiəçiləri ittihamı saxta sayır.

Novator.az bildirir ki, hazırda AXCP-nin daha 5 üzvü həbsdədir. Onların 3-ü azadlıqdan məhrumetmə cəzası çəkir.

2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 illik azadlıqdan məhrumetmə cəzası alıb.

2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də tutulub. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada günahlandırılır.

2022-ci il mayın 28-də tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb.

Uyğurlar məyusdur, amma vəziyyət dəyişə bilər – “F...

  • 06 Oktyabr 2022
  • comments

Ermənistanın ədliyyə naziri istefa verib

  • 06 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda