• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mixail Saakaşvili tələb qoyub

  • 05 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 12-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürüləndən bəri 20 kiloqram arıqlayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 5-də belə açıqlama verən vəkil Şalva Xaçapuridze deyib ki, Mixail Saakaşvili dərman və qida qəbulundan imtina edib, amerikalı həkimlərin onu müayinədən keçirməsini istəyir.

Mixail Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, həmçinin Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb.

İki dəfə parlamentin deputatı seçilib, ədliyyə naziri, Tbilisi meri olub.

2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.

2013-cü ildə ölkəsini tərk edib.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.

2017-ci il iyulun 25-də Ukrayna vətəndaşlığından çıxarılıb, 2018-ci il fevralın 12-də ölkədən deportasiya edilib.

2019-cu ildə Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub, 2020-ci ildən o, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.

Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.

2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.

2021-ci il sentyabrın 29-da gizli yolla Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.

Tutulandan sonra sabiq prezident iki dəfə aclıq aksiyası keçirib (1 oktyabr-20 noyabr 2021-ci ildə və 21 fevral-10 mart 2022-ci ildə).

Kimya üzrə Nobel laureatları

  • 05 Oktyabr 2022
  • comments

ADR-in piketinə razılıq verilmədi

  • 05 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda