Oktyabrın 5-də İsveç Elmlər Akademiyası 2022-ci ilin kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb: Karolin Bertossi, Barri Şarpless (hər iksi ABŞ), Morten Meldal (Danimarka). Təltif kimyəvi birləşmələrin sürətli sintezi sahəsində xidmətlərlə əsaslandırılıb.
2022-ci ilin tibb üzrə Nobel mükafatı isveçli bioloq Svante Paaboya, fizika üzrə Nobel mükafatı Alen Aspe (Fransa), Con Klauzer (ABŞ), Anton Saylinger (Avstriya) üçlüyünə verilib.
Nobel mükafatının məbləği 10 milyon İsveç kronudur.