İsveç Elmlər Akademiyası oktyabrın 4-də 2022-ci ilin fizika üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb: Alen Aspe (Fransa), Con Klauzer (ABŞ), Anton Saylinger (Avstriya). Üçlüyün mükafata Kvant fizikası sahəsində tədqiqatlara görə layiq bilindiyi bəyan olunub.
2022-ci ilin tibb üzrə Nobel mükafatı isveçli bioloq Svante Paaboya verilib.
Nobel mükafatının məbləği 10 milyon İsveç kronudur (1 kron 15 qəpiyə bərabərdir).