• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Etiraz, çağırış

  • 04 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası Bakıda sentyabrın 30-da keçirilmiş aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, “Siyasi partiyalar haqqında” qanunun yeni layihəsindən narazı qalan AXCP sentyabrın 30-u Milli Məclisin binası önünə etiraz piketi təyin edib: “Yeni layihə ölkədə həqiqi müxalifətçiliyi, normal siyasi fəaliyyət imkanlarını tamamilə aradan qaldırmağa və ilk növbədə AXCP-ni qanundankənar elan etməyə hesablandığından belə bir etiraz aksiyası tamamilə əsaslı idi. Ölkənin quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər və köklü siyasi islahatlar kimi aktual məsələlər də aksiyanın tələbləri sırasında yer alırdı.

Bakı Şəhər İcra Hakimiyyəti ölkə konstitusiyasını və vətəndaşların sərbəst toplaşmaq hüququnu pozaraq təşkilatçıların aksiya ilə bağlı müraciətinə mənfi cavab verdi. AXCP aksiyanı keçirmək qətiyyəti göstərdi və aksiya baş tutdu.

Hakimiyyətin bu aksiyaya münasibəti isə onun avtoritar mahiyyətini bir daha açıb göstərdi. Aksiya günü səhər polis təşkilatçıların və aksiyada iştirak edə biləcək fəalların saxlanması üçün əməliyyatlara başladı. Son siyahıya görə, aksiyadan əvvəl və aksiya zamanı 177 nəfər saxlanıb. Polisin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq yüzlərlə insan Milli Məclis ərazisində 1 saata qədər müddətdə aksiya keçirə və elan olunan tələbləri səsləndirə bildi. Polis aksiyaçılara qarşı gücdən istifadə etdi.

Milli Şura AXCP-nin aksiyasına hakimiyyətin konstitusiyanı və sərbəst toplaşma azadlığını pozan kobud münasibətini qətiyyətlə pisləyir. Hakimiyyət Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra ölkədə etiraz aksiyası keçirməyi faktiki qadağan edib. Milli Şura bu qanunsuz qadağanın aradan qaldırılmasını və insanların konstitusiya ilə verilən toplaşma azadlığına hörmət olunmasını tələb edir.

Milli Şura beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin fundamental insan haqlarını kobud şəkildə tapdamasına biganə yanaşmamağa, onu təsirli təzyiq vasitələri ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etdirməyə çağırır”.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

AXCP-dən piket təşəbbüsü

Cəbhənin piket istəyinə nə cavab verildi?

AXCP qərar verdi: 30 sentyabr, saat 16

Çağırış, umacaq

Tofiq Yaqublu tutuldu

Aksiya cəhdi

Kral Çarlzın islama baxışı – “Əl-Cəzirə”

  • 04 Oktyabr 2022
  • comments

Rusiya qoşunları niyə çıxarılmalıdır?

  • 04 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda