• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üç göstərici, bir nəticə

  • 30 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı alim, müxalif Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2023-cü ilin dövlət büdcəsi layihəsinin üç göstəricisinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o, Maliyyə Nazirliyinə istinadla yazır ki, 2022-ci illə müqayisədə əməyin ödənməsi xərcləri 4,96 faiz (420,7 milyon manat), sosial ödənişlər 5,67 faiz (226,2 milyon manat), subsidiyalar 18,4 faiz (324,7 milyon manat) artırılır: “Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin sayı indiki səviyyədə qalsa, 2023-cü ildə onların maaşı orta hesabla 5 faizdən də az artacaq. Əsasən aqroparklara ayrılan, şəffaflığı və hesabatlılığı təmin edilmədiyindən təyinatı üzrə xərclənməsi şübhə doğuran aqrar subsidiyaların 18,4 faiz artımı müqabilində sosial ödənişlər 5,67 faiz, əməkhaqqı ödənişləri 4,96 faiz qaldırılır. Hökumət oğru sahibkarları istehlakın bahalaşması üzündən xərcləri hər gün artan vətəndaşdan üstün tutur. Çünki bu hakimiyyəti vətəndaşlar seçməyib”.

2023-cü ilin dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur.

Gəlir mənbələri üzrə proqnoz belədir: Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar – 13 milyard 402 milyon manat, Dövlət Neft Fondundan transfert – 11 milyard 280 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 4 milyard 750 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları – 750 milyon manat, sair gəlirlər – 538,7 milyon manat.

Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 6 milyard 884,9 milyon manat, müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat, sosial müdafiə və sosial təminat – 4 milyard 411,8 milyon manat, təhsil – 4 milyard 403,8 milyon manat, ümumi dövlət xidmətləri – 3 milyard 779,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 744,4 milyon manat, səhiyyə – 1 milyard 905,1 milyon manat, kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 542,8 milyon manat, ətraf mühitin mühafizəsi – 363,3 milyon manat, mənzil və kommunal təsərrüfatı – 355,1 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 386,9 milyon manat.

Canni De Byazi qalır?

  • 30 Sentyabr 2022
  • comments

Avropa Məhkəməsindən iki qərar gəlir

  • 30 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda