• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu tutuldu

  • 30 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakının Qaraçuxur qəsəbəsində yaşayan müxalifətçi Tofiq Yaqublu sentyabrın 30-u evdən çıxarkən tutulub. Mülki geyimli şəxslərin onu naməlum istiqamətə apardığı bildirilir. Xəbəri yayan qızı Nigar Həzi qeyd edir ki, evin yaxınlığında polis postları qurulubmuş, çox güman, bu, AXCP-nin sentyabrın 30-da keçirmək istədiyi aksiya ilə bağlıdır.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin APA-ya dediyinə görə, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyi üçün saxlanıb, araşdırma aparılır, araşdırma başa çatan kimi sərbəst buraxılacaq.

“Turan” xəbər verir ki, AXCP sədrinin müavini Seymur Həzi, partiya funksionerləri Rövşən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev də saxlanıb.

AXCP fəalları saat 16-da Milli Məclisin binası qarşısında aksiya keçirmək istəyir. Sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş xəbərdarlıq məktubunda “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz piketinə şərait yaradılması istənib. Paytaxt hakimiyyəti sentyabrın 27-də göndərdiyi rəsmi cavabda piketi məqsədəuyğun saymadığını bildirib, amma partiya aksiya qərarını dəyişməyib.

Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Birinci Qarabağ müharibəsinin veteranı, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.

Siyasətçi bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib.

AXCP-dən piket təşəbbüsü

Cəbhənin piket istəyinə nə cavab verildi?

AXCP qərar verdi: 30 sentyabr, saat 16

Çağırış, umacaq

Avropa Məhkəməsindən iki qərar gəlir

  • 30 Sentyabr 2022
  • comments

Prezident Bolqarıstandadır

  • 30 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda