• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aksiya cəhdi

  • 30 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 30-da bir qrup AXCP üzvü və başqa fəallar Milli Məclisin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları aksiyaya imkan verməyib, parlamentə gedən yolları kəsərək yaxın ərazilərdə toplaşanların bir qismini saxlayıb.

AXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz piketinə şərait yaradılmasını istəyib. Aksiyada siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşən azərbaycanlıların vətənə qayıdışının təşkili tələbləri qoymaq da nəzərdə tutulub. Paytaxt hakimiyyəti piketi məqsədəuyğun saymayıb, amma partiya aksiya qərarını dəyişməyib.

Saat 16-ya təyin olunmuş aksiyadan əvvəl Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü, AXCP sədrinin müavini Seymur Həzi, partiya funksionerləri Rövşən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev tutulublar.

“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini sentyabrın 7-də Milli Məclis təqdim edib.

1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.

Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır).

Layihəyə əsasən, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.

AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb. Əli Kərimli partiyaya 2000-ci ildən liderlik edir.

AXCP-dən piket təşəbbüsü

Cəbhənin piket istəyinə nə cavab verildi?

AXCP qərar verdi: 30 sentyabr, saat 16

Çağırış, umacaq

Tofiq Yaqublu tutuldu

Koronavirus hesabatı

  • 30 Sentyabr 2022
  • comments

İşğal müqavilələri imzalandı

  • 30 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda