Novator.az Türkiyə prezidentlərinin siyahısına nəzər salıb.
Türkiyə 29 oktyabr 1923-cü ildə respublika elan olunub. 1923-1938-ci illərdə dövlət başçısı – prezident postunu Mustafa Kamal Atatürk tutub.
1938-1950-ci illərdə İsmət İnönü, 1950-1960-cı illərdə Cəlal Bayar, 1960-1966-cı illərdə Camal Gürsel, 1966-1973-cü illərdə Cevdət Sunay, 1973-1980-ci illərdə Fəxri Korutürk, 1982-1989-cu illərdə Kənan Evren, 1989-1993-cü illərdə Turqut Özal, 1993-2000-ci illərdə Süleyman Dəmirəl, 2000-2007-ci illərdə Əhməd Necdət Sezər, 2007-2014-cü illərdə Abdulla Gül prezident olub.
2014 və 2018-ci illərdə Rəcəb Teyyub Ərdoğan prezident seçilib. 24 iyun 2018-ci ildən Türkiyədə prezident həm də hökumət başçısıdır.
Növbəti prezident seçkisi 2023-cü il iyunun 18-nə təyin olunub. Həmin gün həm də parlament seçiləcək.