Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri sentyabrın 28-i saat 18 radələrində Azərbaycan Ordusunun Kəlbəcərdə, Alagöllər istiqamətində yerləşən bölmələrini atəşə tutub, hərbi qulluqçu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb, adekvat cavab tədbirləri görülüb.
Ermənistanın Müdafiə Nazirliyi 3 hərbi qulluqçu itirdiyini iddia edir.