Mətbuat Şurasının yeni İdarə Heyətində 14 jurnalist (Rəşad Məcid, Əflatun Amaşov, Vüqar Rəhimzadə, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Vüsalə Mahirqızı, Alqış Həsənoğlu), 9 ictimaiyyət nümayəndəsi (Müşfiq Ələsgərli, Umud Rəhimoğlu, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zifəroğlu, Fərid Pərdəşünas, Ceyhun Musaoğlu, Yeganə Hacıyeva) yer alır.
2003-cü il martın 15-də yaradılan Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətində qanunvericiliyə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətə, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqələrin tənzimlənməsinə, media vasitələrinin fəaliyyət sahələrində münaqişələrin həlli variantlarının araşdırılmasına məsuldur. Quruma qəzetlər, jurnallar, informasiya agentlikləri, xəbər saytları, jurnalist təşkilatları üzvdür.
Təsis olunduğu gündən Mətbuat Şurasına Əflatun Amaşov sədrlik edib. Azərbaycan jurnalistlərinin bu il sentyabrın 24-də keçirilən qurultayında Rəşad Məcid sədr seçilib.
1964-cü il təvəllüdlü Rəşad Məcid “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.
Mətbuat Şurasının ofisi Bakıda, Məmməd Araz küçəsi, 4 ünvanında yerləşir.