• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhənin piket istəyinə nə cavab verildi?

  • 27 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin Milli Məclisin binası qarşısında keçirmək istədiyi piketə razılıq verməyib. Xəbəri sentyabrın 27-də “Turan” yayıb.

Piketi sentyabrın 30-da keçirmək nəzərdə tutulub. Paytaxt hakimiyyətinə göndərilmiş xəbərdarlıq məktubunda aksiyanın əsasən “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz niyyəti daşıdığı bildirilmişdi.

“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini sentyabrın 7-də Milli Məclis təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq.

1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.

Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır).

Layihəyə əsasən, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.

AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb. Partiyaya Əli Kərimli sədrlik edir.

Partiyaların yeni qanunu: layihə dərc edildi

“Siyasi partiyalar haqqında” qanun (Layihə)

Partiyalar üçün say ələyi

“Ölkədə elə bir müxalifət var ki…”

Nəyə hazırlıq?

Partiyaya ianə: köhnə norma, indiki, plan

Çərçivə qanunu

Qanunsuz cəza norması

Yaxın ölkələrdə partiya qurmaq şərtləri

AXCP-dən piket təşəbbüsü

“Bağçamın uşaqları”

  • 27 Sentyabr 2022
  • comments

Mətbuat Şurasının yeni İdarə Heyəti

  • 27 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda