Rəsmi statistikaya görə, 2022-ci il sentyabrın 1-nə Bakıda 14,3 milyard manat kredit qeydə alınıb. Novator.az Mərkəzi Banka istinadla bildirir ki, başqa bölgələrin göstəriciləri belə olub:
Abşeron-Xızı – 722,6 milyon manat
Gəncə-Daşkəsən – 568,7 milyon manat
Lənkəran-Astara – 416,3 milyon manat
Mərkəzi Aran – 376,1 milyon manat
Qazax-Tovuz – 325,2 milyon manat
Quba-Xaçmaz – 319,8 milyon manat
Şəki-Zaqatala – 313,8 milyon manat
Qarabağ – 312,9 milyon manat
Şirvan-Salyan – 300,8 milyon manat
Naxçıvan – 298,4 milyon manat
Mil-Muğan – 195,4 milyon manat
Dağlıq Şirvan – 121 milyon manat.
Sentyabrın 1-nə Bakıda 9,6 milyard manat əmanət rəsmiləşib. Qalan bölgələr əmanət məbləğinə görə belə sıralanıb:
Abşeron-Xızı – 335,5 milyon manat
Gəncə-Daşkəsən – 163,4 milyon manat
Quba-Xaçmaz – 98,4 milyon manat
Lənkəran-Astara – 93,9 milyon manat
Mərkəzi Aran – 85,4 milyon manat
Şəki-Zaqatala – 83 milyon manat
Qazax-Tovuz – 80,2 milyon manat
Naxçıvan – 66,5 milyon manat
Qarabağ – 62,9 milyon manat
Şirvan-Salyan – 46,1 milyon manat
Mil-Muğan – 34,1 milyon manat
Dağlıq Şirvan – 29,6 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə göstəricilər hesabatlarda yer almır.