İtaliyada parlament palatalarına sentyabrın 25-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb.
Novator.az bildirir ki, ifrat sağ mövqeli İtaliya Qardaşları Partiyası 22-26 faiz səslə önə çıxıb.
Qalan sağ qüvvələrdən Liqa Partiyasının 8,5-12,5 faiz, Hərəkət Partiyasının 6,5-8,5 faiz, “İrəli, İtaliya” Partiyasının 6-8 faiz səs topladığı vurğulanır.
Sol mərkəzçi Demokrat Partiyası 17-21 faiz, “5 ulduz” hərəkatı 13,5-17,5 faiz səslə göstərilir.
İtaliya Qardaşları Partiyasına 1977-ci il təvəllüdlü Corca Meloni rəhbərlik edir və onun İtaliya tarixində ilk qadın baş nazir olmaq şansı var.
Aşağı palata (Deputatlar Palatası) 400 deputatdan, yuxarı palata (Senat) 200 senatordan ibarətdir.
Hökumət parlament palatalarına seçkilərin nəticələri əsasında formalaşır.