Oktyabr ayında Azərbaycan milli futbol komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə başa çatır. İtalyan mütəxəssis yığmaya 2020-ci il iyulun 10-dan baş məşqçilik edir. Milli onun dövründə 27 oyun keçirib: 4 qələbə, 7 heç-heçə, 16 məğlubiyyət.
Novator.az bildirir ki, 2020-ci ildə UEFA Millətlər Liqasının qrup raundunda Lüksemburqla 1:2 və 0:0, Kiprlə 0:0 və 1:0, Monteneqro ilə 0:0 və 0:2 hesabları qeydə alınıb.
2021-ci ildə dünya çempionatının seçmə mərhələsində yığma bu nəticələrə imza atıb: Portuqaliya – 0:3 və 0:1, Serbiya – 1:2 və 1:3, İrlandiya – 0:3 və 1:1, Lüksemburq – 1:3 və 1:2.
2022-ci ildə UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla 0:2, Belarusla 2:0, 0:0, Slovakiya ilə 0:1, 2:1 hesabları rəsmiləşib.
2020-ci ildə Sloveniya (0:0), 2021-ci ildə Qətər (2:2, 1:2), Türkiyə (1:2), Moldova (0:1), Belarus (2:1), 2022-ci ildə Malta (0:1) və Latviya (0:1) ilə yoldaşlıq görüşləri keçirilib.
1956-cı il təvəllüdlü Canni De Byazi ölkəsində bir çox klubun, o cümlədən “İnter”, “Peskara”, “Breşia”, “Palermo”, “Viçensa” komandalarının yarımmüdafiəçi olub.
Məşqçi kimi Canni De Byazi bir çox komandada, o cümlədən İtaliyanın “Karpi”, SPAL, “Modena”, “Breşia”, “Torino”, “Udineze”, İspaniyanın “Levante”, “Alaves” klublarında çalışıb, Albaniya milli komandasına baş məşqçilik edib.