Jurnalist Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin olunub. Xəbər sentyabrın 23-də yayılıb.
Əsası 1919-cu ildə qoyulan “Xalq qəzeti”nə Prezidentin İşlər İdarəsi və redaksiya heyəti təsisçilik edir. Sentyabrın 23-dək baş redaktor postunu Həsən Həsənov tuturdu.
Novator.az bildirir ki, 1957-ci il təvəllüdlü Əflatun Amaşov Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. AZƏRTAC-ın müxbiri, şöbə müdiri, redaktoru, baş redaktoru, baş direktorunun birinci müavini, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri vəzifələrində çalışıb.
2003-cü ildən Mətbuat Şurasının sədridir.
2015-2020-ci illərdə Milli Məclisin deputatı olub.
“Şöhrət” ordeni laureatıdır.