2022-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 939,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bölgənin Dövlət Statistika Komitəsi bildirir ki, bu, 2021-ci ilin eyni dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4182,5 manat göstərilir.
Rəsmi hesabata əsasən, 2021-ci ilin yanvar-avqust aylarına nəzərən sənayedə 2,2 faiz, sərmayə yatırımında 1,6 faiz, kənd təsərrüfatında 3,6 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 3 faiz artım qeydə alınıb.
Muxtar respublikada 384 növdə məhsul istehsal olunduğu, 350 növdə məhsula tələbatın tamamilə yerli imkanlar hesabına ödəndiyi vurğulanır.
Açıqlamaya görə, avqustun 1-nə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatıb.