AZƏRTAC-ın 21 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 93,73 dollara satılır.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb.
“AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67 dollarla başlayıb.
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 21,8 milyon ton neft çıxarılıb. Energetika Nazirliyi gündəlik hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel göstərib.
Beynəlxalq razılaşma sentyabr üçün gündəlik hasilat normasını 718 min barrel, oktyabr üçün 717 min barrel müəyyən edib.