• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş diplomatlar bir arada

  • 20 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

BMT Baş Məclisinin sessiyasında iştirak üçün Nyu-Yorka səfər edən xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 19-da ermənistanlı həmkarı Ararat Mirzoyanla bir araya gəlib. Rəsmi məlumata görə, ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçən görüşdə Ceyhun Bayramov Azərbaycanın bölgədə sülhün təmin olunmasına yönələn mövqeyini diqqətə çatdırıb. O, Ermənistanla sərhəddəki son toqquşmaların Azərbaycana qarşı təxribat və hücumlardan doğduğunu deyib, Azərbaycanın bölgədə sabitliyin pozulmasında maraqlı olmadığını vurğulayıb.

Nazir 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycanın sülh müqaviləsi imzalanması təklifi irəli sürdüyünü xatırladıb, normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi istiqamətlərində səy göstərməsinə baxmayaraq Ermənistanın proseslərə maneçilik törətdiyini, öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.

Ceyhun Bayramov davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlığını diqqətə çatdırıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.

Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmaması və olmayacağı barədə hüquqi öhdəliyin götürülməsi prinsipləri də əks olunub.

Bu il sentyabrın 12-dən 14-dək Ermənistanla sərhədin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində ağır döyüşlər gedib. Azərbaycan 80, Ermənistan 207 hərbi qulluqçu itirdiyini açıqlayıb.

Hansı nəşrlər təsisçini dəyişməlidir?

  • 19 Sentyabr 2022
  • comments

Avropa İttifaqına ixrac

  • 20 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda