• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elçin Sadıqov həbsdən çıxdı

  • 17 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovun həbsindən verilmiş şikayətə baxışı yekunlaşdırıb. Şikayət qismən təmin olunub, həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Elçin Sadıqov sentyabrın 10-da, jurnalist Əvəz Zeynallı ilə eyni gündə tutulmuşdu. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir. Rəsmi açıqlamaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının həbsindən verilmiş şikayəti təmin etməyib. Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Rasim Məmmədova vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamları verilib.

Novator.az bildirir ki, Əvəz Zeynallı “Xural” internet televiziyasının qurucusudur. O, 2011-2014-cü illərdə külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınma ittihamı ilə həbsdə olub.

Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.

Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə görə, ev dustağı bu vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

Məhkəmə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; müəyyən şəxslərlə ünsiyyətdə olmamaq kimi əlavə vəzifələr də müəyyən edə bilər.

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

Həbsin əks-sədası

Əvəz Zeynallı həbsdə saxlandı

Turizm statistikası

  • 16 Sentyabr 2022
  • comments

Müdafiə Nazirliyinin məlumatı

  • 17 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda