2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 885,4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi əsas ünvanları belə sıralayır: Rusiya – 527,6 milyon dollar, Türkiyə – 491,1 milyon dollar, Gürcüstan – 126,8 milyon dollar, İsveçrə – 117,6 milyon dollar, ABŞ – 60 milyon dollar, İtaliya – 41,4 milyon dollar, Niderland – 39,5 milyon dollar, Qazaxıstan – 43,1 milyon dollar, Rumıniya – 41 milyon dollar, Hindistan – 30,4 milyon dollar, Özbəkistan – 27,6 milyon dollar, Bolqarıstan – 25,4 milyon dollar.
Digər ölkələrin payı 313,3 milyon dollar göstərilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb.