• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sülh bəyanatına etiraz

  • 15 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanda baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gündəmə gəlib. Novator.az-ın məlumatına görə, sentyabrın 14-ü parlamentdə çıxış edən baş nazir Azərbaycanla sülh sənədi imzalanması ehtimalından danışıb, güzəştlərə eyham vurub. Bunun ardınca paytaxt Yerevanda etiraz dalğası baş qaldırıb. Əsasən parlament binasının qarşısına toplaşan müxaliflər baş nazirin hakimiyyətdən götürülməsi tələbi qoyublar.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.

Ermənistana gedən yolun marşrutu qismən dəyişdiyi üçün 2022-ci il avqustun 26-da Laçın rayonu tam azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmaması və olmayacağı barədə hüquqi öhdəliyin götürülməsi prinsipləri də əks olunub.

2022-ci il sentyabrın 12-si gecədən Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində qanlı döyüşlər gedib. Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olduğu açıqlanıb. Ermənistanın hərbi itkiləri 105 nəfər göstərilir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. O, baş nazir postuna 2018-ci il mayın 8-də inqilab dalğasında gəlib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq yenidən hökumət qurub.

2021-ci il iyunun 20-də Nikol Paşinyan daha bir növbədənkənar parlament seçkisində qalib olub.

2021-ci il iyunun 20-də seçilmiş 107 nəfərlik parlamentdə hakim Vətəndaş Sazişi Partiyasının 71, müxalif qüvvələrin – Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 6 mandatı var. 1 deputat partiyasızdır.

Müxalif qüvvələr sabiq prezidentlər, Azərbaycan torpaqlarının işğalına başçılıq etmiş Robert Köçəryan və Serj Sərkisyana bağlıdır.

Ermənistandakı durumla bağlı şərh yayan AXCP sədri Əli Kərimli qeyd edir ki, Nikol Paşinyanın parlamentdəki 14 sentyabr çıxışı Rusiyanın Cənubi Qafqaz planlarının pozula biləcəyinə ümid yaradır: “Erməni cəmiyyətinin sərsəm “Arsax” və “Böyük Ermənistan” təbliğatı ilə xəstələndirilmiş hissəsi Nikol Paşinyanın Ermənistanın da gerçək milli maraqlarına uyğun olan mövqeyini süngü ilə qarşılayacaq. Gecə ilə başlayan aksiyalar göstərir ki, Nikol Paşinyan ciddi təzyiqlə üzləşəcək. Rusiya da əlindən gələni edəcək ki, Nikol Paşinyanı devirsinlər”.

Siyasətçi yazır ki, Nikol Paşinyan devriləcəyi təqdirdə Ermənistan hakimiyyəti daha radikal və daha Rusiyapərəst olacaq, savaşın uzanma ehtimalı da artacaq, ona görə də sərhəddəki gərginliyi dayandırmaq gərəkdir.

Baş nazir gedir, hökumət dəyişir

  • 15 Sentyabr 2022
  • comments

Ermənistanın yeni baş prokuroru and içdi

  • 15 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda