
Ermənistanın yeni baş prokuroru and içdi
- 15 Sentyabr 2022
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan parlamentin 15 sentyabr iclasında and içərək səlahiyyətlərinin icrasına başlayıb. O, ölkənin ilk qadın baş prokurorudur.
Səlahiyyət müddəti 6 il olan baş prokuroru parlament seçir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox baş prokuror seçilə bilməz.
Novator.az bildirir ki, 1986-cı il təvəllüdlü Anna Vardapetyan Yerevan Dövlət Universitetinin məzunudur. Kassasiya Məhkəməsi sədrinin müşaviri, Məhkəmə Sədrləri Şurasının katibi, ədliyyə nazirinin müşaviri, müavini postlarını tutub.
2020-ci ildən baş nazirin köməkçisi olan Anna Vardapetyan bu il iyunun 29-da hakim Vətəndaş Sazişi Partiyasının təqdimatı ilə baş prokuror seçilib.