• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin Qafqazda sülhü qoruya bilərmi? – Qərb mediası

  • 14 Sentyabr 2022
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Britaniyalı politoloq Lourens Broers Qərb mediasına Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı açıqlamalar verib.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Politico” qəzetinə danışan Lourens Broers xatırladıb ki, 2020-ci ildə Rusiya Qarabağda müharibəni dayandırmaq üçün bölgəyə sülhməramlı qüvvə göndərib: “Amma indi Moskvanın başı yeddi aya yaxındır Ukraynada apardığı müharibəyə qarışıb və Rusiya prezidenti Vladimir Putinin hətta istəsə də Cənubi Qafqazda sülhü qoruya biləcəyi inandırıcı görünmür. Hazırda Azərbaycan və Ermənistan hakimiyyətlərinin hansı mövqedə olması daha çox əhəmiyyət daşıyır, nəinki böyük güclərin”.

Böyük Britaniyanın “The Economist” qəzetinə açıqlamasında Ermənistanın sərhəddəki toqquşmadan dərhal sonra üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdiyini, bununla faktiki təşkilatın başında duran Rusiyadan hərbi yardım istədiyini yada salan Lourens Broers deyib: “Ukraynadakı vəziyyəti nəzərə alsaq, Rusiya yəqin ki, Qafqazdakı son qanlı toqquşmalara irimiqyaslı hərbi müdaxilə ilə deyil, “simvolik tədbirlər”lə reaksiya verəcək”.

“The Economist”ə açıqlamasında politoloq onu da qeyd edib ki, Azərbaycan Rusiyanın Qafqazdakı rolunu zəiflətməkdə maraqlı görünür.

Sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində qanlı döyüşlər gedib. Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olduğu açıqlanıb. Ermənistanın hərbi itkiləri 49 nəfər göstərilir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti nəzarət edir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.

Mənbələr: Politico.com, Economist.com

Cənubi Qafqazda qeyri-müəyyənlik artır – “Th...

  • 14 Sentyabr 2022
  • comments

Koronavirus statistikası

  • 15 Sentyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda