Azərbaycan parlamenti sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib.
1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.
Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır).
Novator.az yaxın ölkələrin qanunvericiliyinə də nəzər salıb.
Türkiyədə siyasi partiya qurmaq üçün 30 vətəndaşın təsisçi olması, bu barədə rəsmi bilgi verilməsi şərtdir.
Rusiyada siyasi partiyanın təsis qurultayı federasiya subyektlərinin (rəsmən 85-dir) azı yarısından nümayəndələr iştirak etdikdə səlahiyyətli sayılır.
Ermənistanda partiyanı azı 100 nəfərin təsis etməsi tələb olunur. Qeydiyyat üçün paytaxtı və bölgələrin (10 vilayət) azı üçdə birini əhatə edən 800 nəfər üzvün olması kifayətdir.
Gürcüstanda partiya yaratmaq üçün azı 300 nəfər təsisçi, qeydiyyat üçün azı 1000 nəfər üzv tələb olunur.
Qazaxıstanda partiya bölgələrin (17 vilayət və paytaxt şəhəri) üçdə ikisinin sakinləri olan azı 1000 nəfərin qurultay keçirməsi ilə yaradıla bilər. Qeydiyyat üçün partiyadan hər bölgənin azı 600 nəfərlə təmsil olunduğu 20 min nəfər üzv tələb edilir.
Ukraynada partiyanın təsis olunması üçün azı 100 nəfər qurucu, qeydiyyat üçün azı 10000 nəfər üzv gərəkdir. Üzvlər paytaxt şəhərinin, Sevastopol şəhərinin, 24 vilayətin azı üçdə ikisinin və Krım Muxtar Respublikası rayonlarının azı üçdə ikisinin sakinləri olmalıdır.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
“Ölkədə elə bir müxalifət var ki…”