50 hərbi qulluqçu şəhid olub
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində sentyabrın 12-si gecə və 13-ü səhər getmiş döyüşlərdə Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin 8 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbi qulluqçuların siyahısı icti...
Qafqaz döyüşləri Putini çətinə salır – “Politico”
ABŞ-ın “Politico” qəzeti Ermənistanla Azərbaycan arasındakı son qanlı toqquşmanı Rusiya prezidenti Vladimir Putin üçün “daha bir ciddi strateji başağrısı” kimi qiymətləndirir. Novator.az-ın məlumatına görə, sentyabrın 13-ü qəzetin internet səhifəsində “Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər fon...
Maliyyə yoxlamalarının hesabatı
Maliyyə Nazirliyinin hesabatına görə, 2022-ci ilin ilk yarısında Dövlət Maliyyə Nəzarəti Xidməti 52 təşkilatdakı yoxlamalarla 99 milyon 910,5 min manat artıq və əsassız ödənişlər aşkar edib, həmin məbləğin 33 milyon 502,5 min manatı dövlət büdcəsinə nağd qaydada ödənərək bərpa olunub. Prokurorluq və...
Hərbi müşavirə
Sentyabrın 13-də prezident, ali baş komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, müşavirədə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün vəzif...
Yaxın ölkələrdə partiya qurmaq şərtləri
Azərbaycan parlamenti sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib. 1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətə...
Putinin reputasiyası sarsılır – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiyanın Ukraynada geriləməsi Putinin siyasi reputasiyasını sarsıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir. Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, son günlər Rusiya qoşunlarının Ukray...
Ən yeni iqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84 milyard 880,4 milyon manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 2 faiz ...
Əvəz Zeynallı həbsdə saxlandı
Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Əvəz Zeynallının həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət, həmçinin həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb. Əvəz Zeynallı, eləcə də vəkil Elçin Sadıqov sentyabrın 10-u Bakıda tut...
13 sentyabr qiyməti
AZƏRTAC-ın 13 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 97,60 dollara satılır. Bu, büdcə qiymətindən 12,60 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara...
Xarici İşlər Nazirliyinin bəyanatı
Sentyabrın 13-də Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda sentyabrın 12-də gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər olduğu, hərbi infr...
Yoluxma, itki, başqa hesabatlar
Rəsmi məlumata görə, Azərbaycanda 817938 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9857-si vəfat edib. Aktiv xəstə sayı 2372 nəfər göstərilir. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm mart...
Sərhəddə toqquşma
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 12-də gecə Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törədib, diversiya qrupları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını...