Dövlət Statistika Komitəsi orta maaş hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2022-ci il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 719,1 min nəfər olub, onların 897,5 min nəfəri dövlət sektorunda, 821,6 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilin eyni dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manata çatdığı vurğulanır.