• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

  • 11 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-u Bakıda tutulublar, Binəqədi Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda ittiham etdiyi xəbər verilir. Bu ittiham 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İddialara görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb, vəkil bu işdə vasitəçilik edib.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri olub. Ona vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamları verilib.

Novator.az bildirir ki, 1969-cu il təvəllüdlü Əvəz Zeynallı Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.

Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.

Ukraynalılar ən çox haralara sığınır?

  • 09 Sentyabr 2022
  • comments

İsveçdə başabaş seçki

  • 12 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda