• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“İnstagram”a rekord məbləğdə cərimə

  • 08 Sentyabr 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İrlandiya Məlumatların Qorunması Komissiyası (DPC) “İnstagram” sosial şəbəkəsini rekord məbləğdə – 405 milyon avro cərimələyib.

Səbəb kimi “İnstagram” şəbəkəsinin yetkinlik yaşına çatmayanların məlumatlarının qorunması üzrə qanunla müəyyən edilmiş qaydaları pozması göstərilib.

“İnstagram” amerikalı iş adamı Mark Suxerberqin rəhbərlik etdiyi “Meta” şirkətinə tabedir. “Facebook” şəbəkəsini, “WhatsApp” messencerini də “Meta” idarə edir.

Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki,  “İnstagram” platforması Məlumatların Qorunması Komissiyasının qərarından şikayət verməyi planlaşdırır. Bunu “Meta”nın sözçüsü “Reuters”ə açıqlamasında bildirib.

Məlumatların Qorunması Komissiyası “İnstagram”la bağlı araşdırmaya 2020-ci ildən başlayıb. Araşdırma 13-17 yaş arası istifadəçiləri əhatə edib. Aydınlaşıb ki, bu yaş qrupundan olan yeniyetmələrə “İnstagram”da biznes hesabı açıb idarə etmək icazəsi verilib. Belə bir icazə isə həmin istifadəçilərin telefon nömrələrinin və elektron poçt ünvanlarının yayılmasına səbəb olub.

Komissiya bunu yetkinlik yaşına çatmayanların məlumatlarının qorunması qaydalarının pozulması kimi qiymətləndirib və 2022-ci ilin sentyabrında “İnstagrama”ı 405 milyon avro cərimələmək qərarına gəlib.

“Meta”nın təmsilçisi isə bildirib ki, “İnstagram” bir il əvvəl öz parametrlərini yeniləyib və həmin vaxtdan yeniyetmələrin təhlükəsizliyini, onların məlumatlarının məxfiliyini təmin etmək üçün yeni funksiyalar işə salıb. O vurğulayıb ki, “İnstagram” cərimənin hesablanması üsulu ilə razılaşmır və qərarı mübahisə predmetinə çevirməyə hazırlaşır.

“Meta”, “Apple”, “Google” və digər texnologiya nəhənglərinin Avropa İttifaqı ərazisindəki qərargahları İrlandiyada yerləşir. Ona görə bu sayaq şirkətlərlə bağlı şikayətləri İrlandiyadakı Məlumatların Qorunması Komissiyası araşdırır. Komissiya indiyədək “Meta”nın “Facebook” və “WhatsApp” platformaları üzrə onlarca şikayətə baxıb.

Mənbə: Reuters.com

Çinə təslim

  • 08 Sentyabr 2022
  • comments

Ermənistanda pensiya artımı

  • 08 Sentyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

GLOBALS:0
comments
Xəbər

Start

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

Son materiallar

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

GLOBALS:0
comments
Xəbər

Start

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda