• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səmərqənd, Putin, Cinpin

  • 07 Sentyabr 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə bir araya gələcək. Bu, Ukraynada müharibə başlanandan bəri iki liderin ilk üz-üzə görüşü olacaq.

Novator.az xəbər verir ki, görüşün Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacağı açıqlanıb. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

Putinlə Cinpin sonuncu dəfə fevral ayında, Pekində görüşüblər. Həmin görüş Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir neçə gün əvvələ təsadüf edib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada total müharibə aparır.

Si Cinpin Çinə rəhbərlik edəndən bəri Vladimir Putinlə 38 dəfə görüşüb. O, 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısıdır.

Səmərqənd görüşündən bir neçə həftə sonra, oktyabrda Çin Kommunist Partiyasının 20-ci qurultayı keçiriləcək.

Kommunist Partiyası Çində yeganə partiyadır, ölkənin idarəçiliyinə məsuldur.

20-ci qurultayda partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçiləcək. Qaydaya əsasən, bundan dərhal sonra Mərkəzi Komitənin plenumu keçirilməli, növbəti beş illiyə baş katib seçilməlidir.

Si Cinpinin 20-ci qurultayda üçüncü müddətə baş katibi seçiləcəyi gözlənir.

Mənbə: CNN.com

Mətbuat Şurası: sədr dəyişir

  • 07 Sentyabr 2022
  • comments

Pensiya çəkişməsi başlayır

  • 07 Sentyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda