Energetika Nazirliyinin 7 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 91,38 dollara satılır. Novator.az bildirir ki, bu, büdcə qiymətindən 6,38 dollar yuxarı qiymətdir.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel göstərilib.
Beynəlxalq razılaşma sentyabr üçün gündəlik hasilat normasını 718 min barrel, oktyabr üçün 717 min barrel müəyyən edib.
Yanvar-iyul aylarında ölkədə kondensatla birlikdə 19,2 milyon ton neft çıxarılıb.
Əvvəlki illərin hasilat göstəriciləri belədir: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.