• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəzalı cəbhəçilər

  • 06 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Xətai Rayon Məhkəməsi AXCP fəalı Gülnarə Rəhimovaya 460 saat ictimai iş cəzası kəsib. “Turan”ın məlumatına görə, hökmü sentyabrın 5-də Xətai Rayon Məhkəməsi polis çavuşu Seymur İmanovun xüsusi ittiham qaydasında şikayəti əsasında çıxarıb. Cəbhəçi ağır cinayətdə ittiham etməklə böhtanda və təhqirdə təqsirli bilinib.

Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında razılaşdırılmayan piket keçirməyə cəhd göstərib. Polis quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya toplaşanları dağıdıb, tutulan müsavatçı Əziz Məmiyevə həmin gün 30 sutka inzibati həbs cəzası verilib. Müdafiəçiləri polis əməkdaşlarının Əziz Məmiyevi fiziki zorakılığa məruz qoyduğunu iddia edib. Özünün “Facebook” səhifəsində bu barədə yazan Gülnarə Rəhimova çavuş Seymur İmanovu Əziz Məmiyevi döyən polislərdən biri kimi göstərib.

Novator.az bildirir ki, hazırda AXCP-nin 6 üzvü həbsdədir. Onların 4-ü azadlıqdan məhrumetmə cəzası çəkir.

2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 illik azadlıqdan məhrumetmə cəzası alıb.

2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

2022-ci il yanvarın 25-də tutulan Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Mütəllim Orucov 2021-ci il ioktyabrın 22-də tutulub. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada günahlandırılır.

2022-ci il mayın 28-də tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb.

18 AXCP üzvünün üstündə azadlıqdan şərti məhrumetmə cəzası var: Səid Məmmədzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Ruslan Əmirov, Asif Yusifli, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov, Seymur Əhmədov, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev.

Pul bazası nə qədər azalıb?

  • 06 Sentyabr 2022
  • comments

İran dronları Rusiyanı gücləndirə biləcəkmi? – CNN

  • 06 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda