2022-ci ilin ilk yarısında Azərbaycan sənayesində istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, bu, Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstəricidir: “Sənaye istehsalında qiymət artımı Moldovada 17 faiz, Qazaxıstanda 12,6 faiz, Özbəkistanda 11,3 faiz, Belarusda 10,5 faiz, Rusiyada 4,6 faiz göstərilir.
Tacikistanda 1,3 faiz, Qırğızıstanda 1,6 faiz, Ermənistanda 2 faiz düşmə qeydə alınıb.
Bu mənzərə Azərbaycandakı yüksək inflyasiyanı, qiymətlərin sürətli artımını daxildəki durumla əlaqələndirməyə kifayət edir.
Sənaye istehsalında qiymət indeksinin yüksək olmasında neft-qaz sektorunda bahalaşma əhəmiyyətli rol oynayıb, amma Rusiyanın və Qazaxıstanın da neft-qaz sektoru var, bu ölkələrdə qiymət indeksi aşağıdır, çünki iqtisadiyyatları Azərbaycan iqtisadiyyatına nəzərən dəfələrlə yaxşı şaxələnib. Azərbaycanda bütün parametrlər üzrə neft-qaz sektorundan asılılıq yüksək olduğuna görə iqtisadiyyatı bataqlığa salıblar”.