Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci il iyulun 1-nə 1065,7 manata çatıb. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Rəsmi məlumata görə, yanvar-iyul aylarında sənayedə istehsal və xidmətlərin həcmi 43,1 milyard manat olub, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 5,7 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 58,3 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 7,1 faiz artıb.