• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı rejimdə yeni lider?

  • 02 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə yeni lider peyda olur: Ruben Vardanyan.

Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib.

Sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir. Rəsmi mənbələr onun varidatını 1,3 milyard dollar göstərir.

2022-ci il sentyabrın 1-də Youtube.com-da müraciət yayan Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib. İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan onun bölgədə hakimiyyətə iddialı olduğu görünür.

Birinci Qarabağ müharibəsinin veteranı, milli təhlükəsizlik eksperti İlham İsmayıl Moderator.az saytına şərhində yazır ki, milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəldiyini elan etməsi, “Arsax”ın inkişafı və təhlükəsizliyi üzrə qurum yaratması Rusiyanın bölgədə davamlı sülhə cəhdləri əngəlləmək niyyətindən xəbər verir: “Qarabağ ermənisi olmayan Ruben Vardanyanın “Arsax eşqinə” düşməsi Kremlin siyasətidir”.

İlham İsmayılın fikrincə, Rusiyaya bağlı milyarderin perspektivdə Ermənistanda hakimiyyətə gətirilməsinə cəhd göstəriləcəyi də istisna olunmur.

1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.

2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları gedir.

Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib. 2020-ci ildə rəhbərliyə Araik Arutunyan gəlib.

Qadağaya etiraz işi Ali Məhkəmədə

  • 02 Sentyabr 2022
  • comments

Pentaqon Çin və Rusiyanın kosmosda yaratdığı təhlü...

  • 02 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda