İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 1,7 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracı gerçəkləşib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb.
Hesabata görə, qeyri-neft sektoruna aid ixrac malları siyahısında pambıq mahlıcı birinci (140,3 milyon dollar), pomidor ikinci (134,1 milyon dollar), karbamid üçüncü (121,9 milyon dollar) olub.