• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

3 turnir, 96 komanda

  • 26 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

UEFA-nın klub turnirlərində təsnifat raundları bitib. Novator.az bildirir ki, 2022-2023 mövsümünə buraxılmış 233 komandanın 96-sı marafonu davam etdirir – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərinin hər birində 32 klub yarışacaq.

55 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) 18-i komandasız qalıb.

Çempionlar Liqasındakı komandaların 14-nün turnirdə zəfəri var. 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 14, “Milan” 7, “Bavariya”, “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) 3, “Benfika”, “Yuventus”, “Portu”, “Çelsi” 2, “Seltik”, “Marsel”, “Borussiya” (Dortmund) 1 titula sahibdir.

Avropa Liqasında yer alan komandaların 3-ü turnirdən qalib ayrılıb. 1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış turnirdə “Feyenoord” 2, PSV, “Mançester Yunayted” 1 zəfər əldə edib.

Konfrans Liqasında ilk mövsümü – 2021-2022 mövsümünü udan “Roma” Avropa Liqasındadır.

Çempionlar Liqasının qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Nant” (Fransa) komandaları ilə mübarizə aparacaq.

UEFA-nın klub reytinqində Azərbaycan 29-cu pillədə qərar tutur. Reytinq turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.

Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.

Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

2022-2023 mövsümündə Azərbaycan 2,000 əmsal əldə edib.

Nikahda üstün bölgələr

  • 24 Avqust 2022
  • comments

Azərbaycan Ordusu Laçında

  • 26 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda