Sosial müavinətlər və kompensasiyalar hesabatı yayılıb. Novator.az bildirir ki, rəsmi statistika 2022-ci il iyulun 1-nə olan vəziyyəti – sosial müavinət təyin olunmuş şəxslərin sayını göstərir.
Aylıq sosial müavinətlər:
yaşa görə – 124095
əlilliyə görə – 210416
ailə başçısını itirməyə görə – 53195
dövlət qulluqçularına – 29
özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə – 605
əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiya – 327
əhalinin bəzi kateqoriyalarından olan uşaqlı ailələrə (uşaqların sayı) – 9120
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə (uşaqların sayı) – 2082
beşdən çox uşağa görə (uşaqların sayı) – 10115
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) – 207
övladlığa götürülən uşağa görə – 10.
Birdəfəlik sosial müavinətlər:
uşağın anadan olmasına görə ailələrə – 27731, uşaqlara – 29059
radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün – 3560
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə – 3668
dəfn üçün – 2937.