2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Dövlət Gömrük Komitəsi bu ölkə ilə ticarət dövriyyəsini 11 milyard 73,4 milyon dollar göstərib. Novator.az bildirir ki, qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanıb:
Türkiyə – 3,3 milyard dollar
Rusiya – 1,8 milyard dollar
Hindistan – 1,2 milyard dollar
Çin – 1,1 milyard dollar
İsrail – 1 milyard 46 milyon dollar
Böyük Britaniya – 903,9 milyon dollar
Yunanıstan – 670,4 milyon dollar
Almaniya – 605,3 milyon dollar
Çexiya – 505,3 milyon dollar
Xorvatiya – 501,4 milyon dollar
Gürcüstan – 479,9 milyon dollar
İspaniya – 477,5 milyon dollar
Ukrayna – 476,5 milyon dollar
Portuqaliya – 436,1 milyon dollar.