• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistin şikayəti boşa getdi

  • 15 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Polad Aslanovun şikayəti üzrə araşdırma bitib.

Polad Aslanov məhkumlardan birinin onu döyməsindən şikayətçi idi. Hadisə aprelin 1-də baş verib, araşdırmanı əvvəlcə Nizami Rayon Prokurorluğu aparıb, sonra iş Nizami Rayon Polis İdarəsinə göndərilib.

Məhbus jurnalistin həyat yoldaşı Gülmira Aslanova avqustun 15-də “Turan”a deyib ki, Nizami Rayon Polis İdarəsi cinayət işi açmaqdan imtina edib. Qərar Penitensiar Xidmətin zabitinin və dörd məhbusun ifadələrinə əsaslanıb. Onlar Polad Aslanovun döyülmədiyini iddia ediblər, məhkəmə-tibb ekspertizasının rəyində də Polad Aslanovun bədənində xəsarət izlərinin olmadığı bildirilib.

Gülmira Aslanova Nizami Rayon Polis İdarəsinin qərarından şikayət veriləcəyini qeyd edib.

Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.

Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.

2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib, 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, 2022-ci il fevralın 24-də Ali Məhkəmə cəzanı 13 ilə endirib.

Polad Aslanovun yoldaşı nədən gileylidir?

Araşdırma vədi vəd olaraq qalır

Polad Aslanovdan ifadə alınıb

Əhali statistikası

  • 15 Avqust 2022
  • comments

Bölgələr üzrə orta pensiya

  • 16 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda