Bakı Şəhər Statistika İdarəsi yeni hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci il iyunun 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1066,7 manata çatıb. Novator.az bildirir ki, rayonlar orta maaş göstəricisi üzrə belə sıralanır:
Pirallahı – 2166,4 manat
Səbail – 1812,5 manat
Qaradağ – 1413,7 manat
Xətai – 1094,1 manat
Xəzər – 1049,7 manat
Nəsimi – 1042,9 manat
Nizami – 919,6 manat
Nərimanov – 896,3 manat
Yasamal – 824,8 manat
Suraxanı – 816,2 manat
Sabunçu – 738,5 manat
Binəqədi – 689,9 manat.
Hesabata əsasən, paytaxtın müəssisələri və fərdi sahibkarları 2022-ci ilin yanvar-iyun aylarında 36,8 milyard manatlıq, əvvəlki ilin ilk yarısı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edib.
Əsas kapitala 3 milyard 438,9 milyon manat, 2021-ci ilin yanvar-iyun aylarına nəzərən 16,2 faiz az vəsait yönəldildiyi vurğulanır.
Yarım ildə paytaxtın pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artımın qeydə alındığı, ödənişli xidmətlərdən əldə olunan gəlirin 8 faiz yüksəldiyi bildirilir.
2021-ci ilin ilk yarısına nəzərən istehlakda 12,5 faiz bahalaşma olduğu, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətinin 16,6 faiz, qeyri-ərzaq mallarının qiymətinin 8,1 faiz, ödənişli xidmətlərin dəyərinin 10,4 faiz artdığı xəbər verilir.