• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentlərin telefon söhbəti

  • 05 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Rəsmi məlumata görə, Fransa prezidenti Emmanuel Makron avqustun 4-də dövlət başçısı İlham Əliyevə zəng edərək bölgədə yaranmış gərginlikdən narahat olduğunu deyib.

İlham Əliyev Ermənistanın növbəti hərbi təxribatın törətdiyini və Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Azərbaycan ərazisində azərbaycanlı hərbi qulluqçunun həlak olduğunu vurğulayıb. Dövlət başçısı bu təxribatın qarşısının alındığını, lazımi cavab tədbirləri görüldüyünü və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü qeyd edib: “Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan bunu hələ də təmin etməyib. Bu, 10 noyabr 2020-ci il bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan bu yolun inşasını başa çatdırmaq üzrədir. Bu işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur”.

Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə hücum çəkib, əsgər Anar Kazımov şəhid olub. Azərbaycan Ordusu bölmələrinin cavab əməliyyatı nəticəsində bir çox yüksəklik ələ keçirilib, ermənilərin bir neçə döyüş mövqeyi dağıdılıb, canlı qüvvəsi, hərbi texnikaları və döyüş sursatı məhv edilib.

1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı bölgələri ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Həmin yolun üstünə düşən Laçın şəhəri və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndləri indiyədək azad olunmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yuxarı Qarabağdan Ermənistana gedən yeni yol salır. Həmin yol Laçın şəhəri və rayonun kəndlərindən yan keçir.

Minimal üstünlük

  • 04 Avqust 2022
  • comments

1,7 manatın 4 il 5 ayı

  • 05 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda