AZƏRTAC-ın 4 avqust məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 102,19 dollara düşüb.
Dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel göstərilib.
OPEK+ koalisiyası çərçivəsində razılaşma avqust üçün gündəlik hasilat normasını 717 min barrel, sentyabr üçün 718 min barrel müəyyən edib.