• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR-dən tələblər

  • 02 Avqust 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası hakimiyyətə bir çox tələb irəli sürüb. Novator.az-ın məlumatına görə, nın Ali Məclisin 31 iyul sessiyasında qəbul olunan qətnamədə sosial-iqtisadi duruma da toxunulur: “Ölkədə maaşlar, xüsusilə təhsil, səhiyyə və sosial xidmət sahəsində çalışanların əmək haqları, gerçək yaşayış dəyərindən aşağı olan pensiyalar və sosial müavinətlər davamlı artan qiymətlər fonunda dəyərsizləşib, manatın alıcılıq qabiliyyəti aşağı düşüb, xroniki işsizlik və yoxsulluq halları çoxalıb. Sistemsiz aparılan əməkhaqqı artımları büdcədən maliyyələşən sferada ödənən maaşlar arasında kəskin fərq yaradıb. Prokurorların, hakimlərin, deputatların məvacibləri müəllimlərin və həkimlərin maaşlarını dəfələrlə üstələyir. Bu situasiyada dövlətin effektiv sosial müdafiə və təminat sisteminə malik olmaması aztəminatlı təbəqələri, həssas qrupları çıxılmaz vəziyyətə salıb, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş 36 qazi əsasən maddi-məhrumiyyətlər ucbatından, eləcə də problemlərinə dövlət orqanlarının etinasız yanaşması səbəbindən həyatına qəsd edib.

ADR Partiyası hakimiyyətdən quru sərhədlərin açılmasını, əhalinin, xüsusilə də aztəminatlıların, həssas qrupların (əlillərin, pensiyaçıların, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının) sosial müdafiə və təminatını yaxşılaşdırmaq üçün effektiv sosial və tibbi sığorta siyasətinin həyata keçirilməsini tələb edir”.

İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

Şuşaya getmisən? (Sorğunun nəticələri)

  • 02 Avqust 2022
  • comments

Rusiya-Ukrayna müharibəsində beş mümkün variant &#...

  • 02 Avqust 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda